Xaçmazda əməliyyat: rayon sakini saxlanıldı

# 12:31
9 avqust 2022

Xaçmaz sakini narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Samir Allahquliyevin üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan 20 kiloqramdan artıq marixuana və 20 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Samir Allahquliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR