Xaçmazda məktəbli qardaşlar itkin düşüb
Xaçmazda iki məktəbli itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb.
Görüntülərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib