Xaçmazda peşə məktəbinin yataqxanası yandı

# 12:37
26 oktyabr 2022

Xaçmazda peşə məktəbinin yataqxanasında yanğın baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 5 mərtəbəli binada tüstülənmə qeydə alınıb. Binada yaşayanların təxliyəsi həyata keçirilib.

 

Fövqəladə Hallar Nazirliyi baş verən yanğın barədə məlumat yayıb.

 

Məlumatda bildirilib ki, FHN-in "112" qaynar xəttinə Xaçmaz şəhərində 92 nömrəli peşə məktəbinin yataqxanasının zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğın tam söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR