Xaçmazda “Şaka” ləqəbli narkobaron saxlanıldı

# 13:22
13 may 2021

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov yaxalanıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan 685 qram heroin aşkar edilərək götürülüb. 

Qeyd edək ki, Ş. Balamətov“Şaka” ləqəbli narkobaron kimi tanınır.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR