Xaçmazlı fermerlər narazıdır: “ötən il yeşiyi 15 manat idi indi 5 manat”

# 16:23
15 avqust 2023

Xaçmazda pomidor sahələrində iyulun ortalarından başlayaraq kütləvi məhsul yığımına başlanılıb. Bu il sahələrdə bol məhsul yetişib. Fermerlər məhsuldarlıqdan razı qalsalar da alıcı azlığı və qiymət onları razı salmır. Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 5-6 manata təklif olunur.

 

Təsərrüfatçı Füzuli Paşayev rayonun Aşağı Zeyid kəndində 0,25 hektar sahədə pomidor becərib. Bol məhsul əldə edən fermer yetişdirdiyi pomidor sahədən birbaşa topdansatış qiymətinə satmağa üstünlük verir. Fermer bildirir ki, may ayından sahələrə köçürülən pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılır, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanır, amma satışdan əldə olunan qazanc bu xərci ödəmir.

Bu il Xaçmaz rayonunda 1934 hektar sahədə pomidor əkilib. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Sevimli” növləri becərilir.

 

 

 

Vəli Turan, Rizvan Hacıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR