Xaçmazlı məktəbli bir dəqiqədə 1500 söz oxuyur

# 10:00
8 dekabr 2022

On iki yaşlı Ayan Əliməmmədovanın bir dəqiqədə orta hesabla 1500 söz oxumaq bacarığı var. Balaca istedad bir səhifəni 15 saniyəyə, 240 səhifəlik kitabı isə cəmi bir saat tam oxuyub başa çatdırır.

Ayan Əliməmmədova Xaçmaz rayon Əlfəddin Rüstəmov adına Sərkərli kənd ümumi orta məktəbinin VI sinif şagirdidir.

Yeddi yaşı olanda Ayanın sürətli oxu bacarığı üzə çıxıb.  Beşinci sinifdə oxuyan zaman isə balaca istedad bir dəqiqədə 300 söz oxuya bilib. Mütəmadi məşqlər sayəsində artıq bir dəqiqədə oxunan sözlərin sayı 1500-ə çatıb.

Ayan bildirir ki, ətrafdakılara aydın olmasa da, o oxuduğu mətnin məzmununu yadda saxlayır. Sonradan isə həmin mətni nəql edə bilir.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Musayeva bildirib ki, sürətli oxu xüsusi göz məşqləri və texnika tələb edir.

Ayan Əliməmmədova bütün fənləri əla qiymətlərlə oxuyur. Müəllimləri onun yaradıcı istedada malik olduğunu bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR