Xadimə paltarı geyinib xəstələrin qiymətli əşyalarını oğurladı

# 16:43
24 avqust 2022

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında oğurluq etdiyi bildirilən qadının görüntüləri yayılıb. APA TV xəbər verir ki, sosial şəbəkədə yayılan ağzını maska ilə örtmüş, eynək taxmış qadın xadimə geyimində özünü xəstəxana əməkdaşı kimi göstərib və otaqları bir-bir gəzərək əlinə keçən qiymətli əşyaları oğurlayıb. Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq: “Sosial şəbəkələrdə yayılan məlumatla bağlı bildiririk ki, 20.08.2022-ci ildə baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.” Hazırda yayılmış görüntülərlə bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR