Xalq artistinin vəziyyəti pisdir
Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.
O, Xalq artistinin reanimasiyada olduğunu deyib.
"Hələlik vəziyyəti haqqında konkret nəsə deyə bilmərəm. Dünən axşam gətirib xəstəxanaya yerləşdirmişik. Hazırda reanimasiyadadır. Tam olaraq, xəstəliyinin də nə olduğunu deyə bilmərəm. Nəticələr, ola bilsin, bu gün bilinsin. Narahat olan, zəng edən hər kəsə minnətdarıq", - o bildirib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib