Xalq artistləri şəhid və qazi övladlarının xeyriyyə aksiyasında...
Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhid və qazilərin övladlarının xeyriyyə aksiyası keçirilib.
”Qanlarından, canlarından keçən şəhidlərimizin, eləcə də qəhrəmancasına canlarından keçmiş qazilərimizin ailələrinə diqqət hər zaman dövlətimizin diqqət mərkəzində olub. Aksiyada mədəniyyət və incəsənət xadimləri dəstək olur, onlarda bu gün bizim yanımızdadır”.
Bakıdakı klinikalardan birinin plastik cərrahı Dilqəm Məhərrəmov aksiyada təmənnasız iştirak edib. Üçüncü xeyriyyə tədbirinə həmçinin tanınmış sənətçilər - Xalq artistləri Flora Kərimova, Avtandil İsrafilov və Mənsum İbrahimov dəstək veriblər. Mənsum İbrahimov şəhid övladının kirvəsi olub.
Övladları sünnət olunmuş Şəhid və Qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına, göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.
Semral Cavad,
Xəqani Hüseynov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu