Xankəndidə qadağalar dövrü: “Əylənin, amma paylaşmayın”
Qarabağdakı qondarma rejimin spikerinin mətbuat katibi Anuş Qavalyan ermənilərə müraciət edib. Anuş yaydığı müraciətdə özü də bilmədən separatçı yalanlarını ifşa edib. Belə ki, müraciət qadağa xarakterlidir. Çünki Anuş Qavalyan hazırda Qarabağda yaşayan ermənilərə səslənib ki, tamtəraqlı videolar çəkib sosial şəbəkədə paylaşmayın. Onun fikrincə, hazırda qondarma rejim sakinləri Laçın yoluna Azərbaycanın nəzarətinə etiraz olaraq acından ölən maskası geyinməlidir ki, separatçı tələbləri dünyada ciddiyə alınsın. Yəni ermənilər qarınları toxkən özlərin ac göstərməli, gülmək istəyəndə ağlamalıdırlar. Lakin ermənilərin iki əsrlik gopalogiya taktikasını bütün dünya bilir və bunu müzakirə üçün masaya yox, məzhəkə üçün araya qoyurlar.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib