Xankəndidən qaçan canlılar ekofəallardan mərhəmət umur – APA TV

# 05:00
4 mart 2023

Müharibənin gətirdiyi dəhşətləri təkcə insanlar yaşamır. Ölüm-dirim savaşının keçdiyi hər nöqtədə nəvəs alan istənilən canlı bu dəhşətin acısını hər necəsə dadmış olur… İndi barəsində danışacağımız sahibsiz it kimi… Onu ta Şuşaya, daha dəqiq desək, Azərbaycan torpaqlarındakı təbii ehtiyatların qanunsuz istismarına etiraz olaraq aksiya keçirilən yerə gəlib çatana qədər heç vaxt tumarlayıb, qayğı göstərməyiblər… Onunla birgə buraya gələn digər itlər kimi… Sağalmış yaralarından görünür ki, müharibənin hər üzünü görüb… hətta ayağının biri qəlpə kəsməsindən qopub düşüb nə vaxtsa. Azərbaycanlı ekofəalların yan-yörəsində tez-tez gözə dəyirlər. Əbəs yerə deyil. Hər dəfə gələndə onları burada mütləq yemləyirlər… Hələ ekofəallar ona ad qoymayıb… eləcə, ümumi əzizləmə səsi ilə çağırıb gündəlik yemləyib, tumarlayırlar. Xankəndi tərəfdən gəlib itlərin hamısı bura… gələndə çox arıq, ac idilər. Etibarlı dostlar tapandan sonra bu itlər də, öz etibarını göstərməyə çalışır. Əraziyə gələn yad maşınlara hürür, ictimai fəalları Şuşanın dağlarında vəhşiləşən yad it sürülərindən qorumağa çalışır… Ekofəllari indi düşündürən əsas məsələ aksiya nə zamansa başa çatandan sonra bu heyvanların taleyidir. Amma hamı arxayındır ki, onlara pənah gətirmiş bu sahibsiz itlərin, digər ev heyvanlarının yenidən yem axtarmaq qayğısı olmayacaq. Buradakı mərhəmətli insanlar onların qyağısına qalmaq üçün bir çarə tapacaq. Habil Aslanoğlu, Ziya İsmayılov APA TV, ŞUŞA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR