Xanlar Vəliyev “Tərtər işi"nə münasibət bildirdi
““Tərtər işi” Vətən Müharibəsindən sonra gündəmə gətirilib”.
APA TV-nin məlumatına görə, bunu Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev deyib: ““Tərtər işi” ilə bağlı məhkum olunmuş şəxslər appelyasiya, sonra isə Ali Məhkəməyə kassasiya şikayəti verib. Həm appelyasiya, həm də kassasiya mərhələlərində həmin şəxslərin bu cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvəsində saxlanıldı”.
Onun sözlərinə görə, bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə - bir neçə gün ərzində olub - dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib: “Nəticədə biz cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib. Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorunun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi”.
İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi əməllərlə əlaqəli olaraq müxtəlif istiqamətlər üzrə cinayət işi başlanıldığına diqqət çəkən Xanlar Vəliyev qeyd edib ki,
bu cinayət işlərinin bəzilərinin istintaqı Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.
X. Vəliyev deyib ki, Azərbaycanın bəzi hərbçilərinin müharibə zamanı səriştəsizliyinə görə də cinayət işləri başlanılıb: “Ancaq onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu, əslində, millətin ruhundan xəbər verir”.
Hərbi Prokuror Birinci Qarabağ müharibəsində şəhid olan naməlum şəxslərin məzarları ilə əlaqədar iş aparılır, ekspertizalar təyin olunduğunu bildirib:
X. Vəliyev deyib ki, ekspertizanın bir hissəsi Moskvada ekspertiza institutlarında həyata keçirilir: “Ekspertizanın bir hissəsinin nəticələri olub, digərləri isə davam edir. Çünki bu, asan iş deyil. Burada çoxsaylı insanın gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir. Yəni, işin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var”.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin Baş prokurorları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar mərhum prezident Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn prokurorlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Sevinc Vaqifqızı,
Xəqani Hüseynov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Hövsan sakinləri qaranlıq və adsız küçələrdən şikayətçidir

İşıqsız küçələr, susuz evlər, təhlükəli ağaclar – Əhmədlinin gündəlik həyatı

5 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb
