Xaricdə oxuyan həkimlər nə qədər maaş alacaq? - YENİLİK
Xaricdə təhsil almış həkimlərin tibb müəssisələrinə cəlb olunması proqramına başlanılır.
APA TV xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O deyib ki, bir il ərzində bu proqrama 8 milyon manatdan çox vəsait xərclənməsi nəzərdə tutulub. Bu zaman Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki tibb müəssisəsinə üstünlük veriləcək.
Aynurə Əhmədova qeyd edib ki, Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələri məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur.
Semral Cavad
Xəyal İskəndərov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu