Xaricdən gətirilən mallara görə limit endirilib? – APA TV
Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır.
Məsələyə Dövlət Gömrük Komitəsi münasibət bildirib. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, səsləndirilən iddiaların heç bir əsası yoxdur. Qeyd olunub ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi