Xarici diplomlar belə tanınacaq - YENİ QAYDA HAZIRLANIR

# 16:08
28 yanvar 2022

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə ali təhsil müəssisələri ilə keyfiyyət təminatına dair görüş keçirilib.

 

APA TV-nin məlumatına görə, görüşdə 40-dan çox ali təhsil müəssisəsinin rəhbər şəxsləri, şöbə müdirləri və məsul şəxsləri iştirak edib. Görüş zamanı ADA və Bakı Ali Neft Məktəbinin əməkdaşları da ali təhsil müəssisəsindəki müvafiq keyfiyyət təminatı modelinə dair təqdimatla çıxış edib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova xarici diplomların tanınması qaydasının dəyişməsi məsələsinə münasibət bildirib: "Bu qaydalar bizimlə yanaşı, müxtəlif səlahiyyətli qurumlar tərəfindən təsdiq olunmalıdır. Ancaq qaydalar üzərində aktiv iş gedir. Müəyyən mənada yumşalmalar gözlənilir".


O, eyni zamanda qeyd edib ki, xarici diplomların tanınması ilə bağlı rüsumlar dəyişməyəcək.


Semral Cavad,

Fariz Quluyev,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR