Xarici jurnalistlər Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasını izlədilər
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yoluna xarici KİV nümayəndələri səfər edib.
Bu barədə APA agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İtaliya, Macarıstandan olan KİV nümayəndələri aksiya iştirakçılarından müsahibələr alır, aksiyanın gedişatını izləyirlər.
Xarici jurnalistlər çəkiliş aparan zaman Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidini müşahidə ediblər.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyası 33 gündür davam edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu