Xarici səyyahlar Şuşa şəhərinə səfər edib
Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah Şuşa şəhərinə səfər edib.
APA TV-nin xəbərinə görə, xarici turistlər Şuşada tarixi məkanlarda olub, dövlət başçısının tapşırığı ilə aparılan bərpa və yenidənqurma işlərinə baxıblar.
Səfər iştirakçılarına ermənilərin Şuşada törətdiyi dağıntılar barədə məlumat verilib. Bildirilib ki, ermənilər tarixi, dini abidələri talan ediblər.
Qeyd edək ki, xarici ölkələrdən (Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveç) olan 24 nəfər dünyaca tanınmış səyyahın işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Onlar bu gün Füzuli və Xocavənddə olublar. Nümayəndə heyəti daha sonra Ağdam, Laçın və Kəlbəcərə səfər edəcək.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib