Xətaidə sakinləri qorxuya salan ağac

# 18:38
14 sentyabr 2022

Mustafa Məmmədov Bakı şəhər Xətai rayon sakinidir. İllərdir Qaçaq Nəbi 9 ünvanında yaşayır. Yaşadığı binanın həyəti səliqə-sahmanı ilə göz oxşasa da, düz giriş bokunun qarşısında qəzalı vəziyyətdə olan ağac qorxulu röyalarına çevrilib. Aylardır müraciət etmədikləri ünvan, döymədikləri qapı yoxdur. Mustafa Məmmədov deyir ki, ərazidə qəzalı vəziyyətdə olan olan ağaclar və bunların törədəcəyi fəsadlara biganə yanaşılar.

 

Məsələ burasındadır ki, sözügedən məhəllədə bir lisey, bir orta məktəb və bağça var. Yəni bu ağacın yaratdığı təhlükə azyaşlıların da həyatı üçün risk yaradır.

 

Vəziyyətin təhlükəli həddə olduğunu ərazidəki Xətai rayon 75 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi də görür. Çünki həyətin bu başında qəzalı ağac, digər başında isə MKT birliyidir.

 

Çəkiliş apardığımızı ərəfədə birlik rəhbəri də əraziyə gəldi. Bildirdi ki, vəziyyətdən məlumatlıdır, sakinlərin şikayətini Xətai Rayon İcra Hakimiyyətinə çatdırıb.

 

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov da şikayətlərdən xəbərdar olduqlarını dedi. Əlavə etdi ki, ağacların kəsilməsi onların səlahiyyətində olmadığı üçün Qaçaq Nəbi 9 ünvanındakı təhlükəli durumla bağlı rəyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlayıblar.

 

Məsələnin həlli məqsədi ilə Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəhbəri Mirsalam Qənbərovla əlaqə saxladıq.

 

O isə bildirildi ki, ağacların budanması, onlara texniki və sanitariya xidməti ilə bağlı işlərin heç biri Ekologiya və Təbiii Sərvətlər Nazirliyininə aid deyil.

 

Aidiyyatı qurumlarla göndərdiyimiz sorğulara hər kəs öz səlahiyyəti çərçivəsində cavab verdi. Amma verilən cavablar bizi qane etmədi. Çünki nə problemi həll edən tapıldı, nə də həlli yolunu göstərən.

Nəhayət gördüklərimizi olduğu kimi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin diqqətinə çatdırdıq. Qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları əraziyə baxış keçirdilər və 45 yaşlı qovaq ağacının budanması ilə bağlı qərar verildi.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR