Xeyriyyə aksiyasından əldə edilən gəlir hara xərclənəcək?
Böyük Britaniya ilə Azərbaycanın diplomatik əlaqələrin 30 illiyi münasibətilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” adlı xeyriyyə yarmarkası keçirilib. Yarmarkada Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və səfirliyin əməkdaşları iştirak ediblər. Satış məqsədi ilə şirniyyatlardan ibarət stend qurulub. Səfir Ceyms Şarp bildirib ki, satışdan əldə olunan vəsait xeyriyyə məqsədi ilə istifadə olunacaq.
Diplomat Böyük Britaniyanın Azad olunmuş torpaqlarda aparılan minatəmizləmə əməliyyatlarında da ölkəsinin iştirak etdiyini vurğulayıb.
Qeyd edək ki, bu gündən başlayan yarmarka martın 2na kimi davam edəcək.
Fuad Sadıqov
Xəyal Namazov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu