Xəzər dənizi vasitəsilə haralara səyahət etmək olar?

# 15:25
5 iyul 2023

Dünyada dəniz turizmi geniş yayılmış və ən gəlirli sahələrdəndir. Bu biznesə çimərlik turizmi ilə yanaşı, kruiz turizmi də daxildir. Kruiz səyahətləri turistlərdə ciddi maraq yaradır. Azərbaycanın da Xəzər dənizinin sahilində yerləşməsi turizm imkanlarımızı genişləndirir. Ölkəmizin su hövzəsinə çıxışının olması turizm potensialının göstəricisidir. Bəs Xəzər dənizi vasitəsilə hara getmək olar, kruiz səyahətləri təşkil etmək mümkündürmü? Mövzu ilə bağlı mövqe öyrəndiyimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən bildirilib ki, Xəzər dənizində sərnişin daşımaları ASCO-nun bərələri vasitəsilə yükdaşıma ilə bərabər həyata keçirilir. Bu gəmilər yalnız Qazaxıstan və Türkmənistan istiqamətində səfərləri icra edirlər. Dövlət Turizm Agentliyinin sektor müdiri Gülnar Mustafayeva Xəzəryanı digər ölkələr kimi Azərbaycanın da dəniz turizminin ancaq çimərlik istiqamətindən istifadə etdiyini deyir. Turizm eksperti Ceyhun Aşurov isə Xəzər dənizinin turizm potensialının geniş olduğu qənaətindədir. Ceyhun Aşurov onu da qeyd edib ki, Xəzər dənizinin kruiz potensialının gələcəkdə cəlbedici turizm məhsulu kimi istifadəsi ölkəyə gələn turistlər üçün əlavə maraq mənbəyinə çevrilə bilər. ORXAN ASLAN APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR