Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Xəbərdarlıq

# 15:45
19 dekabr 2022

Dövlət Dəniz və Liman Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı gəmilərə xəbərdarlıq edib.

 

Bildirilib ki, sabahdan Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin dekabrın 21-nə kimi davam edəcəyi proqnozlaşdırılır. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33 m/s-dək  güclənəcəyi  gözlənilir. Dalğanın hündürlüyünün 2-4, Xəzərin orta hissəsində 4-6 metr olacağı gözlənilir.

 

Hidrometeoroloji hadisə ilə bağlı daxil olan məlumatlar təcili olaraq Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlər həyata keçirilib. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi və xidmətin gücləndirilməsi ilə bağlı dərhal təlimatlandırılıb. 

 

Bununla yanaşı, Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə - Azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

 

Həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR