Xəzərin yiyəsiz sahili: “İt nədir, çaqqallar ulaşır”
Lənkəran rayonunun Göyşaban kəndi ərazisində, dənizə gedən yol zibillik poliqonuna çevrilib. Ətrafa yayılan pis qoxu sakinləri narahat edir. Üstəlik üfunətli ərazi sahibsiz heyvanların tullantılardan qidalanmasına şərait yaradır. Təbii ki, bu da gecə saatlarında həmin ərazidən keçən sakinlər üçün təhlükə yaradır.
Əraziyə cavabdeh olan Göyşaban bələdiyyəsindən bildirildi ki…
Bələdiyyədən aldığımız məlumata görə, kənd daxilində məişət tullantılarının yığışdırılması üçün həftə ərzində ərazilərə 3 dəfə maşınlar çıxarılır, sakinlərin qapılarda qoyduğu tullantılar toplanır və zibil poliqonuna aparılır. Bircə sahilə gedən yoldakı zibil poliqonu da çimərlik görkəminə qaytarılsaydı, sakinlər dəniz havası udardılar.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib