Xilasedicilərin növbəti qrupu Bakıya döndü

# 19:52
2 mart 2023

Xilasediciləri gətirən təyyarə Hava Limanına eniş etdiktən sonra

qarşılama mərasimində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, nazirliyin Mülki Müdafiə Qoşunların komandanı, general-leytenant İlham Abdullayev, Türkiyənin Azərbaycandakı Səfirliyinin hərbi attaşesi, general-mayor Zəkəriyyə Yalçın, daxili işlər müşaviri İlhan Şen, media müşaviri Hüseyn Altınalan və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin ümumilikdə 760 nəfər əməkdaşı Türkiyənin zəlzələ baş verən bölgələrinə göndərilmişdi. Dünən onlardan 236 nəfəri Vətənə qayıdıb. Bu gün isə daha 236 xilasedicimiz Bakıya dönüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR