XİN-dən soydaşlarımızın təxliyəsi ilə bağlı VACİB MƏLUMAT

# 13:48
2 mart 2022

“Ukraynada və onun ətrafında baş verən hadisələr ciddi narahatlıq doğurur”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

 

O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, Ukraynada olan azərbaycanlılarla bağlı sərhəd dövlətlərlə əlaqə yaradılıb.

 

Nazir müavininin sözlərinə görə, Rumıniyanın Yassı şəhərindən 3 çarter reysi ilə 500-dən çox Azərbaycan vətəndaşı ölkəyə gəlib: “800 vətəndaşımızın Xarkov şəhərindən daha təhlükəsiz bölgələrə təxliyəsi təşkil olunub. Vətəndaşlarımızdan viza, PCR test və “COVID-19” pasportu tələb olunmur”.

 

Elnur Məmmədov deyib ki, 2050 Azərbaycan vətəndaşı Ukraynadan digər qonşu ölkələrə keçib: “Onlar Moldovaya, daha sonra Rumıniyaya keçənlərdir”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR