XİN: “Ermənistan sülh prosesində maraqlı deyil” – APA TV - VİDEO

# 07:41
11 avqust 2023

“Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablanıb.

 

Xüsusilə, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya səylərinə təhdid törədən Laçın sərhəd keçid məntəqəsinə qarşı həyata keçirdiyi təxribatları bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsası yoxdur. Çünki erməni sakinlərin tələbatlarının ödənməsi üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolu təklif olunub”.

Bu fikirlər xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı zamanı səsləndirilib.

Bundan başqa ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesi və bölgədə mövcud vəziyyət də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR