XİN rəhbəri Moskva görüşünü Paşinyandan gizlədib

# 17:56
30 mart 2023

Ermənistan Xarici işlər naziri ilə Paşinyan arasında gərginlik yaşanıb. Bu barədə yerli “Past” saytı məlumat yayıb.

Bildirilib ki, parlamentdəki sonuncu iclasda Ermənistan XİN rəhbəri çıxışı zamanı yaxın vaxtlarda Moskvada növbəti üçtərəfli gö­rüşün keçiriləcəyini deyib. Bu da həm iclas iştirakçıları, həm də Paşinyan üçün sürpriz olub.

Sitat: Əldə edilən məlumata görə, Paşinyan Mirzoyanı qınayıb ki, niyə bu məlumat açıq elan edilir? Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, Ararat Mirzoyan diplomatiya nöqteyi-nəzərindən istənilən mümkün və “yolverilən” məsələdə proseslər barədə ictimaiyyəti məlumatlandırmaq niyyətində olduğunu bildirib. Sitatın sonu

Nəşrdə o da vurğulanıb ki, Moskva görüşündə hakimiyyət prosesə yekun aydınlıq gə­tir­məyə hazırlaşır. Növbəti görüşdə Mirzoyan Rusiyaya Qərbin təklif etdiyi paketi təqdim edəcək. Onun bu görüşdən sonra Qərbin Ermənistan-Azər­baycan sülh müqaviləsi üçün danışıqlar platforması olduğunu bəyan edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR