Xınalıq yolunda uçqun olub – AVTOMOBİLLƏRİN HƏRƏKƏTİ MƏHDUDLAŞIB
Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə bildirilib ki, Giləzi-Xızı yolunda gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub.
Bakı-Qobustan yolunda isə səhər saatlarından başlayaraq qar yağır, hazırda yola qum-duz səpilir. 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı yolunda da qar yağır, şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax, Bakı-Ələt-Hacıqabul avtomobil yollarında da zəif qar yağır, nəqliyyatın hərəkəti təmin olunub.
Bundan başqa, Hacıqabul-Ucar-Yevlax yolunda gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı-İsmayıllı yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağib. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 4-5 dərəcə şaxta var.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda marşrut boyu səhər saatlarından başlayaraq qar yağır, 5-7 sm qar var. Görülmüş tədbirlər nəticəsində yol qardan təmizlənib, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Şaxta 1-2 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda marşrut boyu qar yağır, Şəki rayonu ərazisində 5-7 sm, Qax rayonu ərazisində 15-20 sm, Zaqatala və Balakən rayonları ərazisində 10-12 sm qar var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunun Daşkəsən rayonu ərazisinə 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Şəmkir-Gədəbəy yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri