Xırdalanda güclü külək məktəbin damını uçurdu
Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu