Xırdalanda keçmiş zavod ərazisində uçqun olub
Abşeron rayonunda köhnə zavod ərazisində uçqun baş verib.
APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərindəki keçmiş Yüngül Konstruksiyalar Zavodunda qeydə alınıb.
Zavod fəaliyyət göstərmədiyindən onun ərazisində məcburi köçkün ailələri məskunlaşıbmış. İlkin məlumata əsasən, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq "Mitsubishi" və "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib.
Əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yanğının qarşısı alınıb.
Abşeron RPİ-nin əməkdaşlarının verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Ancaq ərazidəki iki avtomobil zavodun çökən tavanının altında qalıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri