Xızıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlandı
Xızıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU