Xocalı faciəsinin 29-cu ildönümü Moskvada qeyd olundu
Moskvada Xocalı soyqırımının qurbanları yad edilib.
APA TV-nin Moskva müxbirinin xəbərinə görə, Xocalı faciəsinin 29-cu ildönümü münasibəti ilə Rusiyadakı Azərbaycan səfirliyinin binası qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş stend quraşdırılıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və azərbaycanlı diplomatlar, Rusiyadakı azərbaycanlı diaspor fəalları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri, Moskvada təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı stendini ziyarət ediblər, stendin önünə gül dəstələri qoyublar.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri