Xocalı soyqırımı Laçındakı "Ağoğlan" məbədində yad edilib
Fevralın 24-də Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırında Xocalı qurbanlarının anım mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, mərasimdə Alban-udi xristian icmasının üzvləri, xarici və yerli mətbuat nümayəndələri iştirak ediblər.
Öncə icma sədri Robert Mobili Xocalı qurbanlarının ruhuna kilsədə şam yandırıb. Sonra R. Mobili və icmanın sədr müavini Rafik Danakari, habelə Alban-udi xristian icmasının üzvləri şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxuyublar.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü