Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib – APA TV

# 01:01
28 oktyabr 2023

Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsi yaradılıb. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, artıq Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edilib.

O, oktyabrın 15-də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını vurğulayıb. Vilayət Eyvazov işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR