Xocalıda baş verən qəzada yaralananların SON VƏZİYYƏTİ

# 12:30
8 fevral 2022

Ötən gün Xocalının Sığnaq kəndində baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Sığnaq kəndində “Kolin İnşaat Turizm Sənaye və Ticarət şirkəti”nə məxsus xidməti avtobusun qəzaya uğraması faktı ilə bağlı Xocalı Rayon Polis Şöbəsində Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Qeyd olunub ki, hadisəni törədən avtobusun sürücüsü Paşa Mürşüdov xəsarət alıb, hazırda müalicə olunur.

 

Səhiyyə Nazirliyi isə hadisə zamanı xəsarət alanların vəziyyəti ilə bağlı açıqlama yayıb. Nazirlikdən verilən məlumata görə, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir. Ağırlaşma halları müşahidə olunmur. Bildirilib ki, reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR