Xocasən yolunda avtobus belə alışdı
Xocasən yolunda avtobus yanıb.
Bu barədə APA-ya Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Onun sözlərinə görə, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.
Qeyd olunan yolda hərəkət tam bərpa edilib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub