Xocavənddəki qəzada yaralananların 11-i Türkiyə vətəndaşı imiş

# 12:50
7 fevral 2022

Xocavənd rayonu ərazisində baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb. Bakı Sağlamlıq Mərkəzindən  APA TV-yə verilən məlumata görə, mərkəzə qəza nəticəsində müştərək travmalarla 13 nəfər yerləşdirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.

 

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də məlumat yayıb. Hazırda baş verən qəza ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

 

Xatırladaq ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 21 nəfər xəsarət alıb.

 

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR