XTQ-nin qazi zabiti Polad Rzayev müalicədən sonra vətənə dönüb

# 15:23
8 avqust 2021

XTQ zabiti kapitan Polad Rzayev uzun sürən müalicədən sonra vətənə geri dönüb.

APA TV xəbər verir ki, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları qarşılayıb.

Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştiirak edən kapitan Polad Rzayev mina partlaması zamanı hər iki ayağını itirib. Uzun sürən müalicədən sonra Almaniyadan geri dönən  qazi yüksək texnologiyalı protezlərlə təmin edilib.

XTQ zabiti Polad Rzayev evə getmədən öz silahdaşlarının məzarını ziyarət edib. O, Azərbaycan Bayrağı ordeni, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması”na görə medalları ilə təltif edilib.

Qeyd edək ki, o birinci Qarabağ müharibəsi şəhidi Tofiq Oğuzun oğludur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR