Xudayar Yusifzadənin doğum günü onun məzarı başında qeyd edilib

# 17:09
15 iyul 2021

22 yaşında oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə qəlbimizdə taxt quran, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin bu gün ad günüdür.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün təkcə onu yaxından tanıyanlar yox, sosial şəbəkələrdə yayılan kadrlarda görənlər də Xudayarın 23 yaşını onsuz qeyd etmək üçün Bərdə Şəhidlər Xiyabanına üz tutur:

 

- Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün şəhid Xudayarın ad günüdür, gəlmişik ziyarət etməyə. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.

 

- Allah bütün şəhidlərimizə rəhmət eləsin. Fəxrimizdir…

 

- Xudayar yaxınımızdır, bizdə uşaqları gətirmişik xatirəsini yad etməyə.

 

- Allah rəhmət eləsin. Hamısının qəbri nurla doldursun. Onlar bizi 30 illik töhmətdən qurtardılar.

 

- Mən müharibə iştirakçısıyam. Bizim övladlarımız bizim arzularımızı gerçəkləşdirib. Qürurluyuq. Allah ona o məqamlarda, o nuru verib. O mahnısı ilə, üzündəki təbəssümü ilə hamının sevimlisi oldu. Mən qürur duyuram Xudayarla.

 

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. 

 

Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Cənnətdəki ilk ad günün mübarək nur üzlü şəhidim.

 

Allah rəhmət eləsin!

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR