Xüsusi karantin rejiminin müddəti daha 2 ay uzadılıb

# 03:11
24 avqust 2022

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılıb. APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Bundan əvvəl ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək olan dövrü əhatə edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR