Yağıntılı və küləkli hava Xaçmazı işıqsız qoydu

# 18:45
13 sentyabr 2023

Son günlər Xaçmazda havaların yağıntılı və küləkli keçməsi nəticəsində rayonun bəzi kəndləri və şəhərin bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Sakinlər bildirir ki, şəhərin İzmayılovka adlanan ərazisində bu hallar tez-tez təkrarlanır. Bu da onlar üçün əlavə çətinliklər yaradır. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz elektrik şəbəkəsindən APA TV-yə verilən məlumata görə, son günlər hava şəraiti ilə əlaqədar bəzi xətlərdə problem yaranıb. Problemin aradan qaldırılması üçün ərazilərə müvafiq briqalar göndərilib, bəzi ərazilərdə problem tamamilə aradan qaldırılıb. Elektrik enerjisinin verilişində fasilələr olan ərazilərdə işlərin günün sonunda yekunlaşdırılması nəzərdə tutulub. Bundan əlavə Xaçmaz elektrik şəbəkəsindən bildirilib ki, bu ilin son 8 ayı ərzində rayonun elektrik şəbəkəsinin yenidən qurulması istiqamətində bir sıra işlər görülüb. Rayon ərazisində 1000-dək dayaq yenisi ilə əvəzlənib, yeni dayaqlar basdırılıb. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün yeni sip kablellər çəkilib. Hazırda yenidənqurma işləri davam etdirilir. Vəli Turan,Rizvan Hacıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR