Yağışlı və soyuq havanın təsiri: Meyvə bağlarında vəziyyət necədir?
Son günlər şimal bölgəsində havaların yağıntılı keçməsi meyvə bağlarında bir sıra xəstəliklərin yayılmasına səbəb olub. Rütubətli hava şəraiti çəyirdəkli meyvə bağlarında da fəsadlar törədib. Alma bağlarında ən çox dəmgil xəstəliyi yayılıb.
Mütəxəssislər isə deyir ki, leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərərin qarşısını almaq üçün hələ ki, şans var. Fermerlər hava şəraiti imkan verən kimi fermerlər müalicə tədbirlərinə başlamalıdırlar.
Mütəxəssislər bildirir ki, əgər yağışlar güclü xarakter alarsa, əlbəttə, bəzi kənd təsərrüfatı işlərində, həmçinin aqrotexniki qaydaların həyata keçirilməsində fasilələr yarada bilər. Mübarizə tədbirləri vaxtında aparılmasa xəstəliklərin yayılması sürtələnər. Vaxtında profilaktik tədbirlər görülməsə məhsuldarlıq kəskin şəkildə aşağı düşə bilər və bu da fermerlərə iqtisadi cəhətdən böyük zərər verə bilər
Vəli Turan, Rizvan Hacıyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu