Yanğın 6 ailəni evsiz qoydu
Şəkidə binada yanğın hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, yanğın Şəki şəhəri Cəfər Cabbarlı küçəsində 6 ailənin yaşadığı, ümumi sahəsi 400 kv/m olan 12 otaq və 6 mətbəxdən ibarət yaşayış binasında qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində binanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib