Yanğın baş verən ərazidən qaz boruları keçir
Nardaran qəsəbəsində yanğın baş verib. Hadisə qəsəbənin Abşeron küçəsində yerləşən təndirxanada qeydə alınıb. Kameramıza danışmaq istməyən hadisə şahidləri kadrarxası bildirdilər ki, yanğın elektrik naqilində yaranan qısaqapanmadan sonra baş verib. Nəticədə 50 kvadratmetr ərazini əhatə edən təndirxana yanaraq külə dönüb. Əraziyə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib. Yanğının söndürülərək, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Xoşbəxtlikdən ölən və yaralanan olmasa da sahibkara xeyli miqdarda ziyan dəyib. Qeyd edək ki, yanğın baş verən ərazidən qaz boruları keçir. Bu da təhlükənin ciddiliyindən xəbər verir.Hazırda faktla bağlı araşdırma aparılır.
AYTƏN SAKİTQIZI RASİM BƏHRAMİ APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu