Yanğında ölən əkiz bacıların görüntüləri

# 14:49
29 iyun 2022

Kürdəxanıda, yeni yaşayış massivində baş verən yanğının olduğu evdəyik. Dam örtüyü və yan divarların yanması nəticəsində evdə olan 7 nəfər nəfər xəsarət alıb, onlardan 4-ü uşaq olub.

Xəstəxanaya çatdırılan uşaqlardan ikisi vəfat edib. Evin qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.


TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdiriliblər. Hazırda onların müayinələri davam etdirilir.

Hadisə zamanı uşaqlardan başqa, ana, ata və baba da xəsarət alıb.

Semral Cavad
Xəyal İskəndərov
APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR