Yaponiyaya məxsus yük gəmisi VURULDU
Qara dənizdə Yaponiyaya məxsus yük gəmisi vurulub.
APA TV-nin "Japan Times"ə istinadən xəbərinə görə, Qara dənizin Ukrayna sahillərində Yaponiya firmasına məxsus yük gəmisi raketlə vurulub.
Panamada qeydiyyatdan keçmiş “Namura Queen” yük gəmisi fevralın 25-də vurulub və 20 filippinli ekipajdan bir nəfəri çiynindən həyati təhlükəsi olmayan xəsarət alıb.
Firma gəmiyə dəyən zərərin qiymətləndiriləcəyini və gəminin Türkiyəyə yollandığını bildirib. Ukrayna hökuməti raketin Rusiya qüvvələri tərəfindən atıldığını bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan bəri son 3 gündə Qara dənizdə üç qeyri-hərbi gəmi vurulub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu