Yaponlardan daha bir ilk: YENİ NƏSİL NƏQLİYYAT VASİTƏSİ...
Yeni il ərəfəsində yaponlar dünyada bir ilkə imza atacaq. Belə ki, Yaponiyanın Sikoku bölgəsində dünyada ilk dəfə olaraq ikili rejimdə işləyən avtobusu istifadəyə verəcəklər.
Nəqliyyat və Turizm Nazirliyi tərəfindən təhlükəsizlik yoxlamalarından keçirilən kiçik tutumlu avtobuslar dekabrın 25-dən satışa çıxarılacaq.
Nəqliyyat vasitələri Yaponiyada Tokusima şəhəri ilə Koti şəhərini birləşdirən 50 kilometrlik yolda hərəkət edəcək ki, bunun da 10 kilometri dəmir yolu üzərində olacaq.
23 sərnişin tutumu olan bu maşınlar dizel mühərriki ilə işləyir və alt hissəsində əlavə təkər dəsti quraşdırılıb. Avtobusun dəmir yolu relslərində hərəkət etməsini təmin etmək üçün həmin təkərləri dəyişmək təxminən 15 saniyəyə başa gəlir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib