Yaralı ola-ola 27 nəfəri xilas etdi

# 13:04
19 oktyabr 2021

Sosial şəbəkələrdə döyüş anında çəkilən bir video maraqla izlənir. Videoda yaralı əsgərimizin israrlarına baxmayaraq əsgər yoldaşı onu tək buraxmır. Hətta hər iki əsgərin şəhid olmaları barədə məlumatlar da yayılmışdı.

APA TV əməkdaşları ağır döyüşdən sağ çıxan qəhrəmanlarla görüşüb.

Müharibə, od-alov onların dostluğunu və yoldaşlığını daha da bərkitdi. Onlar iş yoldaşı idilər, Göygöl rayonunun Toğanalı kəndində N saylı hərbi hissədə Murov dağının ətəyində xidmət edirdilər. Döyüşə də elə Murovdan başladılar. Şiddətli döyüşlər gedirdi. İgidlərimiz ilk həmlədən düşmən postlarını darmadağın etmişdi. Müharibənin ilk günü sentyabrın 27-si  günorta saatlarında Maarif Rüstəmov düşmənin gülləsinə tuş gələrək yaralanıb. Bir neçə saat yaralı halda neytralda qalıb.

Maarif Rüstəmov deyir ki, mən neytralda qalsam düşmənin gəlib məni öldürəcəkdi. Yaralanan vaxt döyüş yoldaşlarım sağ olsunlar köməklik göstərdilər, qoymadılar məni düşmən əlinə əsir düşməyə.

Arif Musayev sürücü idi. Onun xilas etdiyi təkcə Maarif Rüstəmov deyil. O həyatını təhlükəyə ataraq 27 nəfər heyəti  qayanın dibindən atəş altından xilas edib. Yaralı halda 44 gün döyüşün içində olub.

Arif döyüşə apardığı yoldaşlarının şəhid olmalarına, yaralanmalarına dözə bilmirdi. Bundan öncə aprel döyüşlərinin də iştirakçısı olduğundan od-alovu göz önünə alaraq irəli, yaralı yoldaşlarını atəş altından çıxarmağa gedir. O günləri və əsərlərimizin qəhrəmanlığını belə xatırlayır.

Müharibə onları qardaşlaşdırdı. Onların bir şüarı var Vətənin borcu ödənməz.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR