Yardım TIR-ları Naxçıvandan yola salındı
Naxçıvandan qardaş Türkiyəyə humanitar yardım göndərilib.
Naxçıvanda yaşayan sakinlərin yardımları nəticəsində 12 TIR-la lazım olan ləvazimatlar yola salınıb.
Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən də qardaş Türkiyəyə humanitar yardım edilib.
Zəlzələdən əziyyət çəkənlər üçün qardaş ölkəyə 510 ədəd müxtəlif ölçüdə çadır, 5000 ədəd corab, 1500 ədəd boyunluq, 1000 ədəd yun köynək, 237 ədəd kişi ayaqqabısı, 200 ədəd istilik lampası, 423 ədəd yataq, 613 ədəd plastik oturacaq göndərilib.
Göndərilən ləvazimatlarla yanaşı, 2 ton quru ərzaq və müxtəlif dərman preparatları da zəlzələdən əziyyət çəkənlər üçün yola düşən TIR-lara yüklənib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"