Yardımlıdan sonra Lənkəranda meşə yanğını başlayıb

# 03:36
4 avqust 2021

Cənub bölgəsində Yardımlıdan sonra Lənkəranda meşə yanğını başlayıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə, Moloja kəndi yaxınlığında yanğın baş verib. Meşə zolağındakı yanğına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub. Yanğın mürəkkəb relyefli dağlıq ərazidə qeydə alındığından yanğınsöndürmə prosesi çətin şəraitdə davam edir. Yanğınsöndürən maşınların sözügedən əraziyə qalxa bilməsi mümkünsüzdür, buna görə də, yanğının söndürülməsində yanğından mühafizə bölmələri ilə birlikdə iştirak edən yerli sakinlər əsasən əl əməyindən istifadə edirlər.

 

Mürəkkəb relyeflə yanaşı küləkli hava şəraiti də yanğının məhdudlaşdırılması və söndürülməsi üçün görülən işlərə müəyyən problemlər yaratmaqdadır. Hazırda meşə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR