Yaşa görə iş tapa bilməyənlər nə etməlidir?

# 10:00
28 yanvar 2023

Azərbaycanda yaşı 40-ı keçmiş insanların ən çox şikayətləndiyi şeylərdən biri də iş tapmaqla bağlıdır. Həqiqətən də iş elanlarında, qurumların saytlarının vakansiya bölmələrində qısa bir araşdırma onların nə qədər haqlı olduğunu göstərməyə yetir. Bir neçə il öncəyə qədər bu rəqəm 50 yaş üstü idisə, indi sürətlə aşağı salınır. Hətta 30 yaşlarında olanlar belə işsiz qaldıqda, yenisini tapmaqda çətinlik çəkirlər. Çünki əksər elanlarda 20-30 yaş aralığında şəxslər işə dəvət olunur.

Bəs bu tələb nədən qaynaqlanır, hansı problemlərin yaranmasına səbəb olur?

Öncə Bakı sakinlərinin mövzumuzla bağlı münasibətlərini öyrəndik.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Kənan Yusifli deyir ki, təmsil etdiyi qurum bu tip məsələlərlə bağlı davamlı manitorinq aparır.

İqtisadçı ekspert Pünhan Musayev isə deyir ki, bu kimi hallarda daha çox yaş amili önə çıxarılsa da cins, boy, dil kimi məsələlərlə bağlı lazımsız tələblərə də tez-tez rast gəlinir.

“Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayev isə bu cür halların qanuna zidd olduğunu deyir.

Mütəxəssislər bu cür hallarla rastlaşıb, hüquqlarının pozulduğunu düşünən şəxslərə məsləhət görürlər ki, ya Dövlət Əmək Müfəttişliyi Xidmətinə, ya da məhkəməyə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR